Rusiya premyer liqasında 4-cü tura “Soçi” – “Ximki” matçı ilə yekun vurulub.

İlk dəqiqələrdən fəallıq göstərən meydan sahibləri 17-ci dəqiqədə istəklərinə çatıblar. Maksim Barsov “Ximki” futbolçularını cəzalandırıb. 1-ci hissə minimal hesabla yekunlaşıb. Fasilədən sonra fərq daha da artıb. 54-cü dəqiqədə İvelin Popov 2-ci topu qonaqların  qapısından keçirib. 75-ci dəqiqədə o, dubl edib.  Hər 2 qol zamanı Nikita Burmistrov məhsuldar ötürmənin müəllifi olub. Qalan vaxtda başqa qol vurulmayıb. Beləliklə “Soçi” öz meydanında “Ximki”ni 3 cavabsız qolla məğlub edərək yarış cədvəlində ilk 3-lüyə qalxıb. Komanda 4 turdan 9 xal toplayıb. “Zenit” və “Rubin” 10 xalla 1-ci, 2-ci yerlərdə gedir.